Ayxan Abbasov Polşada jurnalistlərin qarşısına çıxacaq

19:36 - 11 Oktyabr 2025

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov saat 21:30-da media nümayəndələrinin qarşısına çıxacaq:

12 oktyabr

Ukrayna milli komandası

19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti