"Beşiktaş"ın hücumçusu zədələndi - 2-3 həftə oynamayacaq

14:58 - 10 Oktyabr 2025

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, istanbul təmsilçisinin hücumçusu El Bilal Ture sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Malili forvardın ayaq əzələsində zədə aşkarlanıb. 24 yaşlı forvard təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Beşiktaş" El Bilal Tureni bu ilin avqust ayında "Atalanta"dan icarəyə götürüb. Mali millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti