Premyer Liqa nəhəngləri mövsümün sonunda "Kristal Pelas"la müqaviləsi başa çatan mark Qehi üçün mübarizə aparır.
Sportal.az xəbər verir ki, "Liverpul"dan sonra "Mançester Yunayted"də ingiltərəli müdafiəçini transfer siyahısına daxil edib. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Qırmızı şeytanlar" Qehini yayda klubdan ayrılacağı gözlənilən Harri Maquayrın uzunmüddətdli davamçısı kimi düşünür. "Mançester Yunayted" 25 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Mark Qehi bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.
saytlarin hazirlanmasi