Paolo Maldini İtaliya Futbol Federasiyasındakı texniki direktor vəzifəsini tərk edə bilər.
Sportal.az xəbər verir ki, Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Daha əvvəl məlum olmuşdu ki, Andrea Pirlonun Rusiya bukmeker şirkəti ilə əməkdaşlığı İtaliyada geniş rezonans doğurub və bu amil onun milli komandanın baş məşqçisi təyin olunmasına təsir göstərə bilər.
Mənbənin məlumatına görə, bu vəziyyət Maldini üçün tamamilə gözlənilməz olub. Paolo baş məşqçi seçimində futboldankənar səbəblərin həlledici rol oynaya biləcəyini nəzərə almayıb.
Bildirilir ki, “Milan”ın sabiq müdafiəçisi texniki direktor vəzifəsini yalnız ona İtaliya millisinin yeni baş məşqçisini müstəqil şəkildə seçmək səlahiyyəti veriləcəyinə zəmanət aldıqdan sonra qəbul edib.
Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini rədd etdikdən sonra Maldini seçimini Pirlo üzərində saxlayıb. O, keçmiş komanda yoldaşını uzunmüddətli layihə çərçivəsində işləməyə hazır olan müasir məşqçi hesab edir. Məhz buna görə də Roberto Mançini və Antonio Kontenin namizədliklərini dəstəkləməyib.
saytlarin hazirlanmasi
