"Kəpəz" yeni mövsümə hazırlıq məqsədilə keçirdikləri "Sumqayıt"la matçda 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında oyun haqda bunları qeyd edib:
"Bu bizim artıq 3-cü yoxlama matçımızdır. Hər oyundan-oyuna komandada inkişaf görürəm. Bizi əsas qayğılandıran məsələ futbolçularımızın zədə almamasıdır. Bundan başqa həm fiziki, həm də taktiki tərəfdən müsbət və mənfi cəhətlərə diqqət yetiririk. Oyunçular yaxşı tərəfdən özlərini göstərirlər. Amma qarşıda görüləsi çox işlərimiz var.
Bəzi mövqelər üzrə futbolçular cəlb etmək istəyirik. Yaxın günlərdə bir neçə oyunçu bizə qoşulacaq. Qarşıda daha 2 yoxlama oyunumuz var və bu qarşılaşmalara kimi heyəti 90% formalaşdırmağa çalışacağıq. Futbolçulara göstərdikləri oyuna, azarkeşlərə isə yoxlama matçı olmağına baxmayaraq bizi tək qoymadıqlarına görə təşəkkür edirəm".
saytlarin hazirlanmasi
