“Bavariya” aparıcı futbolçularından birini itirə bilər.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Luis Diaz Almaniyanı Səudiyyə Ərəbistanına dəyişəcək.
“Əl-Hilal” kolumbiyalı futbolçuya yüksək məvacib verəcək. Diaz da bu təklifdən imtina etmək istəmir. Ərəblər Diaz üçün “Bavariya”ya təzminat da ödəyəcək.
Kolumbiya millisinin üzvünün “Bavariya” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Onun transfer məbləği 70 milyon avrodur.
Diaz “Barrankilla”, “Junior”, “Porto” və “Liverpul”da oynadıqdan sonra “Bavariya”ya keçib.
