"Everton" 36 yaşlı futbolçu ilə yollarını rəsmən ayırdı - karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək

00:49 - 25 İyul 2026

İdrissa Qana Qeye karyerasını Səudiyyə Ərəbistanında "Al-Diriyah" klubunda davam etdirəcək.

Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə imzalayacaq. Razılaşmada əməkdaşlığın daha 1 il uzadılması üçün opsiya da nəzərdə tutulub.

"Everton" bu gün Qeyenin komandadan azad agent kimi ayrıldığını rəsmən elan edib.

Qeyd edək ki, seneqallı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda meydana çıxıb. O, mövsüm ərzində 1 sarı və 1 qırmızı vərəqə alıb.

Xəbər xətti