Fransa millisinin yarımmüdafiəçisi "Nyukasl"da

18:34 - 23 İyul 2026

"Monako"nun yarımmüdafiəçisi Aladji Bamba karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Nyukasl" fransalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa klubu 20 yaşlı dayaq yarımmüdafiəçisi üçün 41 milyon avro təzminat ödəyəcək. Gənc oyunçu "Nyukasl"la 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Aladji Bamba 2021-ci ildə "Monako"nun akademiyasında qoşulub. Fransa U-20 millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol ötürməsi edib.

Xəbər xətti