"Kəpəz" yaponiyalı yarımmüdafiəçi ilə yollarını ayırdı - RƏSMİ

19:17 - 22 İyul 2026

"Kəpəz" futbolçusu Ryonosuke Ohori ilə yollar ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaponiyalı yarımmüdafiəçinin icarə müddəti başa çatıb.

Müqavilə ilə "Radnik"ə məxsus olan Ohori ötən ilin yayından Gəncə təmsilçisinin formasını geyinirdi. O, ölkə çempionatı və kubokunda ümumilikdə 27 oyun keçirən 25 yaşlı yarımmüdafiəçi 4 dəfə rəqib qapısına yol tapıb.


Xəbər xətti