"Zirə" yamaykalı vingeri transfer etdi

15:10 - 20 İyul 2026

"Zirə” yeni futbolçu alıb.

Sportal.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Komanda Dameyn Smiti heyətinə qatıb. Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Rasinq Yunayted” və Birləşmiş Ərəb Əmirliyinin “Nova Star” klublarında çıxış edib.

Xatırladaq ki, daha əvvəl "Zirə" Amin Seydiyev, Maykon Kleyton, Vierinya, Ayxan Hüseynov, Hüseynəli Quliyev  və Kris Diqbeunu transfer edib.

Xəbər xətti