"Roma" Krisensio Summervillin transferi üçün "Vest Hem"ə 46 milyon avro təklif edib.
Sportal.az xəbər verir ki, niderlandlı cinah oyunçusu “Roma”ya keçməyə razılıq verib. İndi transferin baş tutması üçün klublar arasında yekun razılaşmanın əldə olunması gözlənilir.
Sammervill ötən mövsüm İngiltərə Premyer Liqasında 31 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
