"Barselona" transferi reallaşdırdı, sabah məşqə çıxacaq

19:18 - 17 İyul 2026

“Borussiya”nın(Dortmund) hücumçusu Kərim Adeyemi tibbi müayinədən keçib və "Barselona" ilə beş illik müqavilə imzalayıb.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Adeyemi “Barselona”nın futbolçusudur.

Kataloniya klubu bu transferə görə 22 milyon avro və əlavə 7 milyon avro bonus ödəyəcək.

Transfer rəsmi olaraq 18 iyulda açıqlanacaq. Adeyemi həmin gün ilk dəfə məşqə çıxacaq və onun təqdimatının gələn həftə keçirilməsi gözlənilir.

Xəbər xətti