Jan-Filip Mateta bu yay "Kristal Pelas"dan ayrıla bilər.
Sportal.az xəbər verir ki, "Yuventus", "Atletiko" və "Mançester Yunayted" fransalı forvardla maraqlanır. Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Premyer Liqa klubu Matetanı satmağın əleyhinə deyil. Onlar 1 illik müqaviləsi qalan 29 yaşlı hücumçu üçün 25 milyon funt-sterlinq tələb edirlər.
Qeyd edək ki, "Kristal Pelas" Jan-Filip Matetanı 2021-ci ilin yanvarında "Maynts"dan transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
