"Çelsi" yarımmüdafiəçi üçün "Aston Villa" üçün 117 milyon funt-sterlinq ödəyəcək

21:33 - 18 İyul 2026

Morqan Rocers karyerasını "Çelsi"də davam etdirəcək.

Sportal.az xəbər verir ki, London klubu "Aston Villa" ilə 23 yaşlı yarımmüdafiəçinin transferi barədə razılıq əldə edib. Məlumata görə, transferin dəyəri 117 milyon funt-sterlinq təşkil edəcək.

Futbolçu da “Çelsi” ilə 6 illik müqavilə imzalamağa razılıq verib. Müqavilədə onun daha 1 il uzadılması ilə bağlı bənd də yer alacaq. Rocerslə "Arsenal" da maraqlansa da, futbolçu seçimini “Çelsi”nin xeyrinə edib.

Qeyd edək ki, o, ötən mövsüm İngiltərə Premyer Liqasında 37 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xəbər xətti