DÇ-2026-da finaldan əvvəl Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul sosial mediada emosiyalarını bölüşüb.
Sportal.az xəbər verir ki, bu gün Argentina kubok uğrunda İspaniya ilə qarşılaşacaq və görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək:
"Unudulmaz bir səyahət demək olar ki, başa çatır. Bu 50 gün bizə çoxlu canlı xatirələr, güclü emosiyalar və həqiqətən tarixi anlar bəxş etdi! Sevginiz və dəstəyiniz üçün təşəkkür edirik - onlar bu nöqtəyə çatmağımıza kömək etdilər. Argentinalı olmaq və tarixə əbədi həkk olunmuş bir komandada oynamaq qürurvericidir. Son addım qabaqdadır. Finala lap əvvəldəki kimi eyni inam və ümidlə giririk".
"İnter Mayami"də oynayan Rodriqo De Paul turnirdə milli komandasında altı oyun keçirib və bir məhsuldar ötürmə edib.
