"Zədəsi olub" - "Qarabağ"ın gözdən itən istedadı barədə

14:52 - 18 İyul 2026

2024/25-ci il mövsümündə 15 yaşında "Qarabağ"da debüt edən Amin Rzayevdən o vaxtdan xəbər yoxdur. 2009-cu il təvəllüdlü cinah müdafiəçisi gözdən itib.

Bunun səbəbini öyrənmək üçün "Qarabağ" Futbol Akademiyasının idarəçisi Nail Kərimovla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən Nail bəy məsələylə bağlı bunları dedi:

"Amin Rzayevin müəyyən vaxtlarda zədəsi olub. Amma ötən mövsümün gedişində "Qarabağ"ın U-19 və əvəzedici heyətində, həmçinin U-17 və U-19 yığmalarında xeyli sayda oyuna çıxıb. Elə "Qarabağ"ın əsas komandasında da məşqlərə çıxdığı vaxtlar olub. Zədəli olduğu üçün mövsümün sonunu boşa verib. Hələ də bərpa prosesi keçir. Zədəsini tam sağaldan sonra yəqin ki, yenə əsas komandaya cəlb olunacaq". 

Xəbər xətti