Niderland millisinin və “Vest Hem”in futbolçusu Krisensio Summerville karyerasında dəyişiklik edəcək.
Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı vinger hazırda 5 klubdan rəsmi təklif alıb.
“Qalatasaray”, “Roma”, “Çelsi”, “Əl-Hilal” və “Mançester Yunayted” niderlandlı futbolçunu transfer etmək üçün mübarizəyə girişib.
Onun “Vest Hem”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. “Feyenoord”un yetirməsi olan Summerville “Dordrext”, “Den Haaq”, “Lids” klublarında da oynayıb.
