"Ronaldo və Messinin kifayət qədər yaxşı həyatı var, mənimkindən qat-qat sadədir" - ABŞ prezidenti

23:34 - 19 İyul 2026

Donald Tramp Lionel Messi və Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, ABŞ prezidenti hər iki futbolçunun böyüklüyünü vurğulayaraq, əfsanəvi Peleni də xatırladıb:

“Messi möhtəşəmdir, Ronaldo da möhtəşəmdir. Bunu demək istəmirəm, amma mən "Kosmos"da oynayarkən Peleni canlı izləmişəm. Onun oyununu görmək imkanım olub. Bunlar möhtəşəm futbolçulardır. Başqaları da var.”

Tramp bildirib ki, futbol barədə məlumatları əsasən oğlu Barrondan alır:

“Bu məlumatları mənə oğlum Barron verir. O, futbolun böyük azarkeşidir. Burada həqiqətən çox sayda inanılmaz futbolçu oynayır.”

Sonda isə o, Messi və Ronaldoya olan rəğbətini bir daha ifadə edib və zarafatla onların həyatının özününkündən daha rahat olduğunu söyləyib:

“Mən həmişə Ronaldonu sevmişəm, həmişə Messini sevmişəm. Yaxınlarda Messi ilə görüşmüşəm, Kriştiano ilə isə uzun illərdir tanışam. Onların kifayət qədər yaxşı həyatı var. Düzünü desəm, mənim həyatımdan qat-qat sadədir!”

Xəbər xətti