Azərbaycan millisinin üzvü Mahir Emreli 2026 /2027 mövsümün icarə əsasında “Rakov”da keçirəcək. Artıq Polşa klubu bu keçidi rəsmən açıqlayıb.
Millimizin aparıcı futbolçusu “Rakov”la yanaşı daha bir neçə klubun transfer siyahısında olub və hətta onu heyətinə qatmaq istəyən digər klublar daha iddialı görünsə də, sonda Emreli seçimini “Rakov”dan yana edib.
Sportal.az saytına verilən məlumata görə, Emreli APOEL, “Krılya Sovetov” və “Kayserispor”dan gələn təklifləri geri çevirib.
Sonda da “Rakov” variantı üzərində dayanaraq, Polşaya yollanıb.
Qeyd edək ki, mövsümün sonunda polyaklar onu “Kayzerslautern”dən transfer etmək hüququna malikdir.
saytlarin hazirlanmasi
