"Mançester Siti" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı

16:59 - 22 İyul 2026

"Mançester Siti" Fil Fodenlə müqavilənin müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa nəgənginin mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Tərəflər anlaşmanın müddətini daha 1 il uzada bilərlər.

Qeyd edək ki, Fil Foden "Mançester Siti"nin yetirməsidir. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 2025/26 mövsümündə "şəhərlilər"in heyətində meydana çıxdığı 50 rəsmi matçda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti