"Mançester Yunayted" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi PSJ-də çıxış edən Uorren Zair-Emeridir. Bu barədə "Manchester News MEN" məlumat yayıb.
"Mançester Yunayted" Fransa millisinin üzvü üçün paytaxt klubuna 60 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Uorren Zair-Emeri PSJ-nin yetirməsidir. 20 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
