"Liverpul" ingiltərəli qapıçı ilə müqavilə imzaladı

19:32 - 23 İyul 2026

"Liverpul" qapıçı Freddi Vudmanın gələn ilin 30 iyun tarixində başa çatan müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli qapıçının mövcud sözləşməsi daha 2 il müddətinə artırılıb.

Qeyd edək ki, Freddi Vudman 2025-ci ilin yayından "Liverpul"da çıxış edir. 29 yaşlı qolkiper ötən mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda qapısında 7 qol görüb.

Xəbər xətti