"Çelsi"ni "Aston Villa"ya dəyişdi

18:15 - 23 İyul 2026

"Çelsi"nin futbolçusu Alexandro Qarnaço İngiltərə Premyer Liqasında klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Aston Villa" argentinalı vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu 2026/27 mövsümündə Birmingem təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Çelsi" Alexandro Qarnaçonu 2025-ci ilin yayında "Mançester Yunayted"dən 46 milyon avroya transfer edib. Argentina millisinin üzvü "mavilər"in heyətində meydana çıxdığı 43 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti