Türkiyəli vinger İtaliyaya qayıda bilər

16:34 - 23 İyul 2026

"Fənərbaxça"nın futbolçusu Cengiz Ünder İtaliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Torino" türkiyəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası klubu Cengizi icərəyə götürməyə çalışır. 29 yaşlı oyunçu "Torino"ya keçməyə isti yanaşır.

Qeyd edək ki, Cengiz Ünder 2025/26 mövsümündə icarə əsasında "Beşiktaş"da çıxış edib. Türkiyə millisinin sabiq üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu daha əvvəl İtaliyada "Roma"nın formasını geyinib.

Xəbər xətti