Rodri əməliyyat olunacaq - bərpa müddəti bəlli deyil

00:41 - 23 İyul 2026

Rodri bel nahiyəsindən əməliyyat olunacaq.

Sportal.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. 30 yaşlı "Mançester Siti" yarımmüdafiəçisinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

Rodri daha əvvəl DÇ-2026-da İspaniya millisində keçirdiyi bütün 8 oyunda start heyətində yer almışdı. İspaniya dünya çempionu olub, Rodri isə turnirin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm 21 avqustda başlayacaq.Futbolçunun “Mançester Siti”dəki gələcəyi də hələ dəqiq deyil. Daha əvvəl yayılmış məlumatlara görə, o, klubun müqavilənin uzadılması təklifinə hələ cavab verməyib və karyerasını "Real" davam etdirmək istəyir.

Xəbər xətti