Mourinyonun istəmədiyi futbolçu İtaliya klubuna keçə bilər

00:28 - 25 İyul 2026

Joze Mourinyo növbəti mövsümdə "Real"ın gənc yarımmüdafiəçisi Franko Mastantuonoya əsas heyətdə şans verməyi planlaşdırmır. Buna baxmayaraq, Madrid klubu 19 yaşlı futbolçunun potensialına inanır və onun inkişafını davam etdirməsi üçün icarəyə göndərilməsini nəzərdən keçirir.

Sportal.az xəbər verir ki, Mastantuono üçün ən real variant hazırda "Fiorentina" hesab olunur. İtaliya təmsilçisi yarımmüdafiəçini satınalma hüququ olmadan icarəyə götürməyə və ona müntəzəm oyun praktikası verməyə hazırdır. Bundan əlavə, futbolçu daha əvvəl İtaliya vətəndaşlığı aldığı üçün Avropa İttifaqından kənar oyunçu limitinə daxil olmayacaq.

Argentinalı futbolçu ilə həmçinin "River Pleyt", "Vilyarreal" və "Fulhem" də maraqlanır. “Fulhem”ə “Real"ın sabiq futbolçusu və məşqçisi Alvaro Arbeloa rəhbərlik edir.

Mastantuono ötən mövsüm La Liqada “Real"ın heyətində 23 oyunda iştirak edib, 1 qol vurub və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Xəbər xətti