"Zirə"dən ayrılan Leroy Mikelsin Azərbaycana geri dönüşü baş tutmayıb.
Sportal.az saytına verilən məlumata görə, 31 yaşlı futbolçuya Premyer Liqa klublarından təklif olsa da, Almaniyaya yollanmağı üstün tutub.
“Zirə” və “Şamaxı”nın sabiq üzvü Almaniya 3-cü liqasında yarışan “Valdhof Manhaym”la anlaşıb.

