"Biz onları yatmağa göndərəcəyik" - ÇSKA-nın azarkeş qrupunun rəhbəri "Qarabağ"la görüş haqda

12:22 - 26 İyul 2026

Bolqarıstanın ÇSKA(Sofiya) klubunun azarkeş qrupları Avropa Liqasının təsnifat mərhələsinin ikinci turunun “Qarabağ”a qarşı cavab görüşünü səbirsizliklə gözləyir. 

Sportal.az  “sportal.bg” portalına istinadən xəbər verir ki, görüşdən əvvəl ÇSKA-nın azarkeş qruplarından biri olan “G Sector”un lideri İvan Velçev qısa bir paylaşım edib: 

"Gələn həftə stadion dolacaq və biz onları yatmağa göndərəcəyik!".

ÇSKA - "Qarabağ" matçı iyulun 30-da Sofiyadakı Vasil Levski adına stadionda keçiriləcək və matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.


 

Xəbər xətti