Braziliya millisinin və “Arsenal”ın futbolçusu Qabriel Martinelli Almaniyaya yollana bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, “Bavariya” 25 yaşlı futbolçu üçün London klubuna rəsmi təklif göndərib.
Hazırda tərəflər arasında danışıqlar gedir. Maliyyə məsələlərində razılıq baş verərsə, transferin baş tutmasında problem qalmayacaq.
Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Braziliyalı 2019-cu ildə “İtuano”dan “Arsenal”a keçib.
