Bolqarıstanın ÇSKA(Sofiya) klubunun azarkeş qrupları Avropa Liqasının təsnifat mərhələsinin ikinci turunun “Qarabağ”a qarşı cavab görüşünü səbirsizliklə gözləyir.
Sportal.az “sportal.bg” portalına istinadən xəbər verir ki, görüşdən əvvəl ÇSKA-nın azarkeş qruplarından biri olan “G Sector”un lideri İvan Velçev qısa bir paylaşım edib:
"Gələn həftə stadion dolacaq və biz onları yatmağa göndərəcəyik!".
ÇSKA - "Qarabağ" matçı iyulun 30-da Sofiyadakı Vasil Levski adına stadionda keçiriləcək və matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

