17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv yarışa ev sahibliyi edən Fransa yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz seçmə mərhələdə daha iki oyun keçirəcək. U-17 ayın 11-də İsrail, 14-də isə Rumıniya ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi