"Mançester Yunayted"in istədiyi hücumçuya 40 milyon funt-sterlinq qiymət qoydular

21:47 - 5 Dekabr 2025

"Kristal Pelas"ın hücumçusu Jan-Filipp Mateta Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Teamtalk" məlumat yayıb.

"Qırmızı şeytanlar" Matenanı yanvar ayında heyətinə qatmağa çalışacaq. Klubu 28 yaşlı forvard üçün 40 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Kristal Pelas" Jan-Filipp Matetanı 2021-ci ildə "Maynts"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti