FİFA-nın keçmiş prezidenti Yozef Blatter bildirib ki, hazırda dünyada həddindən artıq çox oyun keçirilir və Beynəlxalq Futbol Federasiyası futbolçuların ehtiyaclarını nəzərə almır.
Sportal.az xəbər verir ki, klublararası dünya çempionatının 32 komandaya qədər genişləndirilməsindən sonra futbolçuların tətilə çıxması ilə bağlı çağırışlar da səslənmişdi.
"Dünyada futbol çoxdur və daim yeni turnirlər yaradılır ki, guya biz buradayıq. Amma bəzən daha az oyun hər yerdə olmaqdan daha səmərəlidir, özü də futbol ailəsinin yox, siyasətçilərin vasitəsilə. Mən başa düşürəm ki, futbolçu həmkarlar ittifaqları bundan narazıdır, amma onların FİFA prezidenti Canni İnfantino ilə birbaşa əlaqəsi yoxdur. Lider futbolçulara qulaq asmır. Onun hansısa başqa təşkilatı var". – deyə Blatter bildirib.
saytlarin hazirlanmasi
