"Mən hamıdan öyrəndim, hətta məni tez-tez heyətə salmayan Kapellodan da"

00:35 - 6 Dekabr 2025

Marselo: Zidana və Ançelottiyə əla münasibətlərim var.

Sportal.az xəbər verir ki, “Real”ın sabiq müdafiəçisi Marselo sevimli məşqçisi barədə suala cavab verib:

– Niyə Zidan kimi məşqçilər “Real”da daha yaxşı işləyir, daha taktiki mütəxəssis olan Benites kimi deyil?

– Bilmirəm. Düzünü deyim ki, Rafa Beniteslə çox yaxşı anlaşırdım, ondan çox şey öyrəndim. Düşünürəm, hər məşqçinin öz oyun fəlsəfəsi var.

– Sizin çox yaxşı məşqçiləriniz olub. Sevimli məşqçiniz varmı?

– O, mümkün deyil. Mən hamıdan öyrəndim, hətta məni tez-tez oyuna buraxmayan Kapellodan da. Uşaqlıqdan bunu yaxşı anlayırdım, amma o mənə çox kömək etdi.

Düşünürəm ki, insan hamıdan öyrənir, amma mən Zidana və Ançelottiylə daha çox vaxt keçirdiyim üçün onlarla çox yaxşı münasibətlərim formalaşıb. Zidanla bağlı bütün xatirələrim möhtəşəmdir, Ançelottiylə bağlı xatirələrim də eyni dərəcədə yaxşıdır.

Amma mənim başqa məşqçilərim də olub ki, onlarla da çox yaxşı münasibətlərim vardı, məsələn, Xuan de Ramos, o da mənə çox kömək etdi, Pelleqrini... Hər məşqçinin özünəməxsus xüsusiyyəti var".

Xəbər xətti