Kapitan milliyə kömək edə bilməyəcək

11:18 - 9 Oktyabr 2025

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, kapitan Harri Keyn sıradan çıxıb. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Bavariya"nın hücumçusunun yüngül zədəsi var. 32 yaşlı forvard yığmanın qarşıdakı iki matçında iştirak edə bilməyəcək.

Qeyd edək ki, İngiltərə seçməsi bu gün doğma meydanda Uelslə yoldaşlıq oyunu keçirəcək. Onlar 5 gün sonra isə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Latviyanın qonağı olacaq.

Xəbər xətti