"Yuventus" Kenan Yıldızla yeni müqavilə imzalamaq istəyir.
Sportal.az xəbər verir ki, A Seriyasıı nəhəngi Avropanın bir çox klubunun transfer siyahısında olan türkiyəli futbolçu ilə anlaşa bilmir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumaat yayıb.
Tərəflərin anlaşa bilməməsinin səbəbi maaş məsələsidir. Klub Kenana 5 milyon avro maaş və bonuslar təklif edib. 20 yaşlı vingerin atası isə daha çox pul tələb edir.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvünün klubla hazırkı sözləşməsinin müddəti 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi