"Tottenhem"in hücumçusu Rişarlison karyerasını ABŞ-də davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Orlando Siti" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
MLS klubu Rişarlisonu gələn ilin yayında heyətinə qatmaq istəyir. "Orlando Siti"nin rəhbərliyi 28 yaşlı forvardla görüşmək və ona layihələri barədə məlumat vermək üçün Londona gedəcək.
Qeyd edək ki, "Tottenhem" Rişarlisonu 2022-ci ilin yayında "Everton"dan 58 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayında başa çatır.
saytlarin hazirlanmasi