Kenan Yıldız "Yuventus"un təklifini qəbul etmir

18:57 - 9 Oktyabr 2025

Kenan Yıldız "Yuventus"u tərk edə bilər.

Sportal.az xəbər verir ki, türkiyəli vinger A Seriyası nəhənginin bonuslarla birlikdə illik 5 milyon avroluq təklifini qəbul etməyib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

20 yaşlı ön xətt oyunçusu "ağ-qaralar"dan daha çox məvacib tələb edir.

Türkiyə millisinin üzvü ilə "Çelsi" və "Barselona" yaxından maraqlanır. Onlar futbolçunun klubundakı vəziyyətini yaxından izləyir.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Xəbər xətti