Azərbaycan Kuboku matçında 8 qol, 3 qırmızı vərəqə - VİDEO

20:50 - 9 Oktyabr 2025

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında "Ağdaş"ı qəbul edib.

8:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi növbəti raunda yüksəlib.

"Qaradağ Lökbatan" - "Ağdaş" 8:0
Qollar:
 T.Zeynalov, 19 (avtoqol), V.Hüseynov, 32, E.Əskərli, 45+1, R.Şahmuradov, 65, 67, 69, A.Məcidov, 86, S.Allahquliyev, 90
Qırmızı vərəqə: Ü.Paşayev, 62, Ü.Sarıyev, 76, E.İsmayılov (hamısı "Ağdaş")

Xəbər xətti