"Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq" - millimizin baş məşqçisi

13:16 - 11 Oktyabr 2025

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvinada Çexiya yığması ilə keçirilən oyundan (0:5) sonra mətbuat konfransında fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, mütəxəssis komandanın intensivliyə dözə bilmədiyini deyib:

“Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq. İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik. Millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtımız olur. Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”.

Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.

Xəbər xətti