"Mançester Yunayted"in hücumçusu "Roma"ya keçə bilər

22:23 - 10 Oktyabr 2025

Coşua Zirkze qışda İtaliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"un yaydığı məlumatda “Roma”nın baş məşqçisi Can Pyerro Qasperini çoxdan niderlandlı futbolçu ilə işləmək istəyi qeyd olunub.

“Mançester Yunayted”in hücumçusu bu mövsüm aldığı az oyun vaxtından narazıdır və dünya çempionatını buraxmaqdan qorxur. O, artıq agentinə yeni komanda tapmaq zərurətini bildirib. “Roma” üçün belə variant uyğundur.

Qeyd edək ki, Zirkze ilə həmçinin “Vest Hem” və “Everton” da maraqlanır.

Xəbər xətti