"Azərbaycanla heç-heçə etmək məyusedicidir" - Ukrayna millisinin futbolçusu

21:38 - 12 Oktyabr 2025

Ukrayna milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Azərbaycan yığmasını qəbul edəcək.

Sportal.az xəbər verir ki, "göy-sarılar"ın futbolçusu İlya Zabarnıy matçdan öncə keçirilən mətbuat konfransında bunları qeyd edib:

"Bu səviyyədə heç bir qiymətləndirmədən söhbət gedə bilməz. Bütün milli komandalar necə müdafiə olunmağı və futbol oynamağı bilirlər. Şəxsən mənim üçün heç bir qiymətləndirmədən söhbət gedə bilməz. Mən də bütün komanda kimi nə etmək lazım olduğunu bilirəm.

Təbii ki, Azərbaycanla heç-heçə etmək (ilk oyun) məyusedicidir, amma belə şeylər olur. Prinsipcə, heç nə dəyişməyib, eyni komandamız var. Biz çətin oyuna hazırlaşırıq və qələbə qazanmaq istəyirik".

Xəbər xətti