Jerar Pike “Barselona” prezidentliyi ilə Kings Liqa arasında seçim barədə danışıb.
Sportal.az xəbər verir ki, Kings Liqanın təsisçisi və sabiq “Barselona” və İspaniya yığması müdafiəçisi bunları qeyd edib:
“Çətin məsələdir. Hazırda Kings Liqadayam. Bəlkə bir gün yenidən ‘Barselona’da işləyəcəm. Bu, mənim həyatımın klubudur. Amma indi diqqətimi Media Liqanın inkişafına yönəltmək istəyirəm".