Berke Özer Türkiyə milli komandasının düşərgəsini tərk edib.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Lill"in qapıçısı DÇ-2026-nın seçmə mərhələsinin Bolqarıstanla matçının (6:1) 23 nəfərlik heyətinə daxil edilməməsindən narazı qalıb. 25 yaşlı qolkiper bu gün heç kimə xəbər vermədən icazəsiz olaraq yığmanın düşərgəsini tərk edib.
Berke Özerin əvəzinə "Başakşehir"də çıxış edən Muhammed Şengezer toplanışa dəvət olunub.
Qeyd edək ki, Türkiyə millisi 14 oktyabr tarixində Kocaelidə Gürcüstan yığmasını qonaq edəcək.
saytlarin hazirlanmasi