Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Radomir Caloviç çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Radomir Caloviçin son iş yeri Sloveniyanın "Maribor" klubu olub. "Kayserispor" isə Markus Gidsolla yollarını ayırıb.
saytlarin hazirlanmasi