“Mançester Yunayted”in yarımmüdafiəçisi Markus Reşford gələn yay tam şəkildə “Barselona”nın futbolçusu olacaq.
Sportal.az xəbər verir ki, "The Sun"ın məlumatına görə, hazırda ingilis oyunçu Kataloniya klubunda icarə əsasında çıxış edir. Bildirilir ki, “Barselona” rəhbərliyi onun “heyrətamiz” çıxışlarına görə artıq futbolçunu birdəfəlik almaq qərarını verib.
İcarə müqaviləsində satınalma bəndi mövcuddur. “Mançester Yunayted” oyunçusunu 30 milyon avroya buraxmağa hazırdır. Bu məbləğ “Barselona” prezidenti Joan Laportanı təəccübləndirib, o isə bu transferi potensial cəhətdən çox sərfəli hesab edir.
Qeyd edək ki, cari mövsümdə 27 yaşlı Reşford La Liqada 8 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi