"Sevilya"nın yarımmüdafiəçisi "Arsenal"ın hədəfində

14:33 - 13 Oktyabr 2025

"Sevilya"nın yarımmüdafiəçisi Lüsien Aqume karyerasını İngiltərə Premyer Liqasında davam eetdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

London nəhəngi Aqumeni yanvar ayında heyətinə qatmağı planlaşdırır. 23 yaşlı oyunçunun müqaviləsində 40 milyon avroluq sərbəstqalma maddəsi var. Lakin İspaniya klubu onu daha aşağı qiymətə satmağa razı ola bilər.

Qeyd edək ki, "Sevilya" Lüsien Aqumeni 2024-cü ilin yayında "İnter"dən transfer edib. Fransa U-21 millisinin sabiq üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı  7 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti