"Səbail"in "Zaqatala"nı məğlub etdiyi matç - VİDEO

21:30 - 15 Oktyabr 2025

Bu gün I Liqada 5-ci tur start götürüb. Turun ilk qarşılaşması “ASCO Arena”da “Səbail ilə “Zaqatala” kollektivləri arasında baş tutub.

Sportal.az xəbər verir ki, Elvin Məmmədovun rəhbərlik etdiyi "Səbail" Kamran Quliyevin 84-cü dəqiqədə vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Səbail” 5 turdan sonra 4 qələbə və 1 heç-heçəlik nəticə ilə aktivinə 13 xal yazdırıb. Komanda 6-cı turda liqadakı əsas rəqibi olan “Şəfa”nın qonağı olacaq. Oktyabrın 23-də Binə qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

I Liqa, 5-ci tur

“Səbail” - “Zaqatala” 1:0

Qol: Kamran Quliyev, 84.

Xəbər xətti