"Bütün komanda ilə müdafiə olunan rəqibə qarşı matçlar həmişə çətin keçir"

11:34 - 16 Oktyabr 2025

İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstan üzərində evdə qazandıqları 4:0 hesablı qələbəni şərh edib. 

Sportal.az “UEFA”ya istinadən xəbər verir ki, ispan futbolçu müdafiə olunan komandaya qarşı oynamağın çətin olduğunu bildirib:

“Hazırda əla formadayam, qol vururam və ən vacibi komandanın həmişə qələbə qazanmasıdır. Meydanda özünü yaxşı hiss etmək və yüksək təzyiq göstərmək xoşdur. Bütün komanda ilə müdafiə olunan rəqibə qarşı oynamaq həmişə çətin keçir”.

E qrupunda yer alan İspaniya 12 xalla birinci pillədədir. Bolqarıstanın isə xalı yoxdur və sonuncudur. 
 

Xəbər xətti