"Mbappe tarixdəki ən yaxşı futbolçulardan biri olacaq" - PSJ-nin sabiq yarımmüdafiəçisi

22:52 - 4 Noyabr 2025

PSJ-nin sabiq yarımmüdafiəçisi Pablo Sarabiya “Real”ın hücumçusu Kilian Mbappe haqqında danışıb.

Sportal.az xəbər verir ki, hazırda Qətərdə “Əl-Arabi” klubunda çıxış edən Sarabiya fransalı futbolçu haqqında bunları qeyd edib:

"Qətiyyətli futbolçudur, onun kimi inanılmaz qol vurma bacarığını çox az adamda görmüşəm. Qələbə qazanmaq istəyi çox güclüdür və keyfiyyətləri əladır.

O, inanılmaz oyunçudur. Tarixdəki ən yaxşı futbolçulardan biri olacaq. Keçən mövsüm onu tənqid edəndə çox gülməli gəlmişdi, axı o, ümumilikdə 44 qol vurmuşdu".

Xəbər xətti